Türkiyəyə naməlum obyekt düşdü – Video

Türkiyənin Trabzon şəhərinə meteoritin düşməsi ilə bağlı sosial şəbəkələrdə video yayımlanıb.

Sozcu.az xəbər verir ki, yerli vaxtla 20:35-də qeydə alınan videoda bir anda hər tərəfin işıqlandığı görünür.

Sakinlər iddia edir ki, yerə nəhəng meteorit düşüb.

***

Trabzon Jandarm İdarəsi bölgəyə meteorit düşməsini təsdiqləyən hər hansı faktın olmadığını bildirib.

Sözügedən naməlum obyektin yerə düşməsi qonşu bölgələr – Ağrı, Ərzincan, Ərzurum, Van, Artvindən də görünüb.

Bildirilir ki, cisim yerə düşən zaman göy gurultusuna bənzər güclü səs eşidilib, ardınca göy üzündə tüstü qatı əmələ gəlib.

Olayla bağlı araşdırma aparılır.

***

Meteorologiya üzrə türkiyəli mütəxəssis Mikdat Kadıoğlunun sözlərinə görə, düşən obyekt kosmik tullantı da ola bilər.

Facebook Comments