“Nazirlərin, icra başçılarının, prokurorların, hakimlərin bütün əmlakı araşdırılmalıdır”

Sərdar Cəlaloğlu: “Dövləti xilas etmək üçün oğurlanan pullar dövlətə qaytarılmalıdır”

DTX-nın icra başçıları ilə bağlı həyata keçirdiyi əməliyyat yalnız həbs edilən şəxslərin deyil, bütün icra başçılarının sərvəti ilə bağlı araşdırmaların aparılması ilə bağlı təklifləri aktuallaşdırıb.

Moderator.az-a açıqlama verən ADP səri Sərdar Cəlaloğlu, sadəcə icra başçılarının deyil, bütün məmurlaırn sərvəti ilə bağlı ciddi araşdırmanın aparılmasının vacibliyini vurğuladı:

“Yalnlız icra başçılarının deyil, nazirlərin, komitə sədrlərinin, prokurorların, hakimlərin, dövlət məmurlarının qeyri-qanuni yolla əldə etdiyi bütün əmlakın mənşəyi müəyənləşdirilməli, korrupsiya yolu ilə əlkdə edilən bütün əmlak dövlətə qaytarılmalıdır. Çünki bu gün dövlət ağır vəziyətdədir. Dövlət büdcəsində ağır kəsirlər, iqtisadi böhran var. Azərbaycan dövlətini xilas etmək üçün oğruların oğurladığı bütün pulları dövlətə qaytarmaq lazımdır. Odur ki, belə bir araşdırmanın aparılması, məmurların əldə etdiyi sərvətin mənşəyinin müəyəynləşdirlməsi vacibdir”.

Sozcu.az

Facebook Comments