“Paşinyanın oğlunu götürüb gətirsən, nəinki Dilqəmlə Şahbazı, hətta Qarabağı da verərlər”

Qırmızı Xaç Komitəsi erməni girovluğunda qalan Dilqəm Əsgərovla Şahbaz Quliyevə növbəti dəfə baş çəkiblər. D.Əsgərovun oğlu K.Əsgərov atasının əsirlikdən xilas edilməməsinə görə narahat çox olduqlarını bildirib.

Görəsən, soydaşlarımızın girovluqdan azad edilməsi şansı qalırmı?

Moderator.az-ın sualını yazıçı, millət vəkili Aqil Abbas cavablandırıb

Millət vəkili deyir ki, biz ermənilərin yüksək rütbəli zabitlərindən birini girov götürsək, onda ermənilər bizim girovları azad edəcəklər:

“Onları xilas etməyin yolu çox asandı. Bizim kəşfiyyat keçib ermənilərin bir generalını gətirir və onları biz də Şahbaz və Dilqəmlə dəyişirik. Bu çətin şey deyil, erməni milyarderin oğlundan birini və ya Paşinyanın oğlunu götürüb gətirsən, onda nəinki Dilqəmlə Şahbazı, hətta Qarabağı da verərlər. Bunu dəfələrlə demişəm. Əgər biz bunu edə bilmiriksə, onda oturub gözləməliyik. Qırmızı Xaç kimdir ki, onları xilas etsin, bir şeyin ki, adında “xaç” sözü ola”.

Bizdə olan o iki erməni əsiri isə ermənilərə lazım deyil, ona görə onlarla dəyişmək istəmirlər. Qarabağ müharibəsi zamanı Bakıda və ya Gəncədə erməni tutanda Ağdam Xalq Cəbhəsinə Milli Qəhrəman Allahverdi Bağırovun hüzuruna göndərirdilər. Erməni tərəfdən isə Vitalik adlı erməni gəlirdi və əsirləri dəyişirdilər. Bir dəfə təxminən 25 nəfər ermənini Bakıda və başqa şəhərlərdə tutub Ağdama aparmışdılar. Mən də ordaydım. Əsirləri dəyişmək üçün Əsgəranın girişinə çatdıq. Allahverdi Vitalikə dedi ki, bu əsirləri götür və əvəzində azərbaycanlı əsiri ver. Vitalik dedi ki, “Stepanakertdə erməni tapılmır, bunları neynirəm, hamısı qocadır. Mənə cavan döyüşçülər gətir, onlarla əsirləri dəyişək”. Sonra həmin erməniləri Gürcüstana yola saldılar. Bax indi onların bizdə olan əsirləri Vitalikin qəbul etmədiyi ermənilərdir. Gərək biz Dilqəm və Şahbaz səviyyəsində erməni gətirib onlarla dəyişək.

Aprel şəhidimiz polkovnik-leytenant Raquf Orucov kəşfiyyata gedəndə erməninin elə adamlarını əsir gətirirdi ki, onlar məcbur olub əsirləri dəyişirdilər. Düzdür, Raqufa Milli Qəhrəman adı vermədilər, amma o, yenə də xalqının qəhrəmanıdır”.

Sozcu.az

Facebook Comments