Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Sozcu.az bildirir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb:
“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Azər Bəhlul oğlu Qocayev Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.
Xatırladaq ki, Azər Qocayev 1985-ci ildə anadan olub. Müxtəlif dövlət qurumlarında çalışıb. Son təyinatadək “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində işləyib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Facebook Comments