İrana hərbi müdaxilə gündəmdə: Tramp veto qoydu

ABŞ Prezidenti Donald Tramp Konqresin İrana qarşı hərbi gücdən istifadəni qadağan edən qətnaməsinə veto qoyub.

Sozcu.az xəbər verir ki, bu barədə Prezident Trampın adından Ağ Evin yaydığı açıqlamada bildirilib.

“Bu gün mən Konqresin İrana qarşı hərbi müdaxiləni yasaqlayan qanununa veto qoydum. Bu, çox təhqiredici sənəddir. Demokratlar bu sənədi respublikaçılar arasında parçalanma yaratmaq və 3 noyabr seçkisində qələbə qazanmaq üçün hazırlayıblar. Bu sənədə səs verən respublikaçılar isə onların əlinə oynayıb”, – Tramp bildirib.

Tramp əmindir ki, Qasım Süleymaninin öldürülməsi ABŞ qanunvericiliyinə uyğundur və Konqress sənədi hazırlayarkən fakt və qanunları doğru anlamayıb.

Qeyd edək ki, İraqda Qüds briqadasının komandanı Qasım Süleymaninin ABŞ aviazərbəsi nəticəsində öldürülməsindən sonra Konqres ABŞ Prezidentinə qanunverici hakimiyyətin icazəsi olmadan İrana qarşı hərbi müdaxilə qərarı vermək səlahiyyətini əlindən alan qanun layihəsi qəbul etmişdi.axar.az

Facebook Comments