Qarabağ əlilinin kassasiya hüququna qadağa qoyan Elşad Şamayev Ali Məhkəmənin hakimi olacaq?

Elşad Şamayev Ramin Qurbanova Qarabağ əlillərinə qarşı cinayət işi sifariş edib.

(“Rəvan Sığorta “ ) şirkətin(in)şərəf və ləyaqəti olur?

Media orqanlarında Ali Məhkəməyə təyinat alacaq hakimlərin siyahısında Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevin də adının olması məhkəmə -hüquq sistemində islahatlar adı altında qeyri-prosessual ilişgilərindərinləşməsini bir daha doğrulayır. Hakimlərin seçiminin başında duran Məhkəmə Hüquq Şurasının (MHŞ ) bu qeyri-prosessuallığa özünün də qeyri-prosessual töhfə verməsi artıq şübhə doğurmur.  Maraqlıdır, görəsən, MHŞ niyə adı məhkəmə prosesinin tərəfləri ilə qeyri-prosessual ilişgidəhallandırılan hakimlərlə qeyri-prosessual münasibətə girir? Elşad Şamayevin adıməhkəmənin qanuni qüvvəyə minmiş qərarı, icra sənədi olmadan reabilitasiya vasitəsindən, əmlakından, pensiyasından məhrum edilən Qarabağ əlili Xaliq Abbaszadənin kassasiyahüququna qeyri-prosessual qadağa qoymaqda hallanır. Təsəvvür edin, 9 aydır Elşad Şamayev xaricdə müalicəyə ehtiyacı olan, düşmən gülləsinin ağ ciyərinin üçdən ikisini, yerli məmurların pensiyasının yarısını, əmlakının hamısını apardığı Qarabağ əlilinə kassasiya şikayəti verməyə vəkil ayrılmasını təmin etmir! (?) Əksinə, Ali Məhkəmə ilə qeyri-prosessual münasibətə girərək işi geri alıb və artıq 7 aydır işi ali instansiyaya göndərmir . Məhkəmə Hüquq Şurasına, Ombudsmana, Baş Prokurorluğa, ali dövlət hakimiyyəti orqanlarına edilən şikayətlər elə barəsində şikayət edilən hakimlərin özünə verilir və təbii ki, nəticəsiz qalır. Daha doğrusu, yeni-yeni qeyri-prosessual cəza tədbirləri,  həttaqeyri-prosessual ilişgidə olduqları müştərilərinə -Rəvan sığorta şirkətinə  əlillərin barəsində xüsusi ittiham qaydasında cinayət işi sifariş edilməsi ilə nəticələnir! (?) Bizi şişirtmədə suçlamağatələsənlərin diqqətinə Yasamal rayon məhkəməsinin hakimi Ramin Qurbanovun əlilləri “Rəvan Sığorta “ şirkətinin “şərəf-ləyaqətini” alçaltmaq ittihamı ilə 30 yanvar ,sonra 05 fevral 2020  tarixlərində 1 (004)-68/2020 saylı iş üzrə məhkəməyə cəlb etməsi faktını  çatdıraq. Özü də əlillərin bəri başdan “təqsirləndirilən şəxs” kimi hüquqlarındanistifadə edə bilmələrininvurğulanmasını bir yana qoyaq, xüsusi ittihamçı qismində “Rəvan sığorta” şirkətinin tanınması məhkəmə sisteminin hansı durumda, hansı “islahat “dərinliyində”  olmasının göstəricisidir!? Bəyəm ŞİRKƏTİN ŞƏRƏF VƏ LƏYAQƏTİ OLUR? Ramin Qurbanov bilmir ki, şərəf və ləyaqət anlayışı şəxs(iyyət)ə aiddir və Cinayət Məcəlləsinin 147 və 148 -ci maddələri şəxsiyyət əleyhinə cinayətlər kateqoriyasına daxildir?

Yasamal məhkəməsinin təsadüfi seçilmədiyidə bəllidir.  Bakı Apellyasiya Məhkəməsinin hakimi Elşad Şamayevəvvəllər Yasamal məhkəməsində Ramin Qurbanov ilə həmkar kimi çalışıb.  Qarabağ əlillərinə qarşı kassasiyaşantajı ilə bağlı əlillərin son 7 aylıq şikayətlərinə son qoymaq üçün , daha doğrusu,  onları cəzalandırmaq üçün Elşad Şamayevmüştərisi “Rəvan Sığorta” şirkətini Yasamal məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verməyi tapşırıb və Ramin Qurbanov anında “cinayət işini” icraatına götürüb.  Halbuki, əlillərin hüquqi ünvanı Suraxanı rayonudur və bunu da mülki iş üzrə tərəf olduqlarındanməhkəmələr də ,  əlillərin pensiyasını, reabilitasiya vasitəsini, əmlakını “şərəflə” yeyib,  “ləyaqətlə” üstündən su içən dələduz “Rəvan Sığorta” şirkəti də yaxşı bilir! Yəni Yasamal məhkəməsinin seçilməsi Elşad Şamayevinsifarişidir. Məhkəmə hakimiyyətinin “müstəqilliyinə”,  üçpilləli şantaj prinsipinə fikir verin, Elşad Şamayev Qarabağ əlilini öncə şantaj edib ki, kassasiya şikayəti versə,  mənzilindən də olacaq. (?) Bu şantajın əlili fikrindən çəkindirməyini görüb,  vəkil ayrılmasından imtina edib və hətta Ali Məhkəmənin icraatında olan işi geri alıb özündə saxlayır! (?) Yenə də əlillərin geri çəkilmədikləriAli Məhkəməyə hazırkı namizədi Qarabağ əlillərini xüsusi ittiham qaydasında cinayət işi ilə şantaj etməyə uğursuz çabaya vadar edib.

İndi söz kimindir, desin :ELŞAD ŞAMAYEV HANSI KEYFİYYƏTİ ilə Ali MƏHKƏMƏYƏTƏYİN OLUNUR?

…Ramin Qurbanovun da bir pillə yuxarıya -Bakı Apellyasiya Məhkəməsinə namizədliyi irəli sürüldüyü bildirilir. ..

Məğrur Bədəlsoy

Facebook Comments