Bakının Nəsimi rayonunda, “Kubinka” kimi tanınan ərazidə yanğın baş verib.
Hadisə Sübhi Salayev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində yerləşən evdə qeydə alınıb.
İkimərtəbəli evin 1-ci mərtəbəsində yanğın başlayıb. Alov qısa zamanda yuxarı mərtəbəyə və mənzilə bitişik digər 2 evə də keçib.
Əraziyə dərhal FHN-in Nəsimi rayonu üzrə Yanğından Mühafizə Hissəsinin 5 texnikası və canlı qüvvəsi cəlb olunub.
Alov söndürülüb, yanğının əhatəsi lokallaşdırılıb. Hazırda soyutma işləri aparılır.APA
Facebook Comments