Həbs olunan icra başçısı vətəndaşın 50 hektar torpağını zəbt edibmiş – VİDEO

REAL TV Biləsuvarın keçmiş icra başçısı Mahir Quliyevin yüzlərlə sakinin torpağını mənimsəməsi ilə bağlı reportaj hazırlayıb.

M.Quliyev rayona rəhbərlik etdiyi 9 il ərzində sakinlərin sənədli torpaq sahələrini zəbt edib, öz yaxınlarına verib və ya bu sahələrdə öz biznesini qurub.

Şikayətçilərdən biri – Biləsuvar sakini Xanhüseyn Hüseynovdur. O, iddia edir ki, onun 50 hektar torpaq sahəsi M.Quliyev tərəfindən zorla əlindən alınıb.

Şikayətçinin sözlərinə görə, o, dəfələrlə icra hakimiyyətinə müraciət etməsinə baxmayaraq, M.Quliyev onu qəbul etməyib, haqlı iddialarını təmin etməkdən imtina edib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Mahir Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, təkrar rüşvət alma, mənimsəmə faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Facebook Comments