Bakı metrosu mayın 11-də fəaliyyətə başlayır? – RƏSMİ CAVAB

Sosial şəbəkələrdə, eləcə də bəzi kütləvi informasiya vasitələrində “Bakı Metropoliteni” QSC tərəfindən metropolitenin fəaliyyətini mayın 11-dən etibarən bərpa edəcəyinə dair məlumatlar paylaşılıb.

Sozcu.az-ın xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metronun fəaliyyətinin bərpası ilə bağlı “Bakı Metropoliteni” QSC tərəfindən heç bir məlumat yayılmadığını deyib.

B.Məmmədov onu da əlavə edib ki, metropolitendə texniki və texnoloji proseslərin tənzimlənməsinə nəzarət davam etdirilir:

“Mövcud vəziyyətlə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, metropolitenin fəaliyyəti dayansa da, texniki cəhətdən qatarların hazır vəziyyətdə olmasına nəzarət edilir. Metropoliten əməkdaşlarının fəaliyyəti vətəndaşları çaşdırmasın. Metro infrastrukturunun saz və hərəkətə hazır vəziyyətdə saxlanılması üçün mütəmadi tədbirlər görülür”.Oxu.az

Facebook Comments