“Maska taxmaq məcburiləşdirilməlidir” – AÇIQLAMA

Bu gün virusa yoluxanların sayında son 1 həftə ilə müqayisədə artım qeydə alınan kimi Operativ Qərargah dərhal yenə də sərtləşdirmə bəyanatı səsləndirdi. Vəziyyətin ciddiliyi analşılandır. Bu baxımdan kütləvi tədbirlərin, məclis və görüşlərin də qadağan edilməsi eyni dərəcədə anlaşılandır. Amma hamını evə qapatmaq çıxış yolu deyil.

Maska taxmaq, sosial məsafə gözləmək tələblərini sərtləşdirməklə, kütləvi yığışma qadağasını davam etdirməklə iş yerlərinin mümkün qədər bərpası olmalıdır.

Dövlətin yardımları insanların problemləri müqabilində kiçikdir.

Xüsusilə hazırda qadağan olunan iş yerləri sırasına daxil edilmiş fərdi, insanlarla kütləvi ünsiyyət tələb etməyən işgüzar xidmət və fəaliyyətləri mütləq bərpa etmək lazımdır.

Bəlkə virus qısa fasilələrlə 1 il davam edəcək – deyə bimirik.

Artıq Türkiyədə, Avropada çağırışlar budur ki, zəruri qayda və standartlara əməl etməkə bu virusla birgə yaşaya-yaşaya onu yenməliyik.

Unutmaq olmaz ki, karantinin daha 15 gün və ya 1 ay uzadılması çox ağır stres, psixoloji sarsıntı, fəsadlara da səbəb olur.

Bir də insanların bəlli bir məsafədə yaşadığı ünvanın çox yaxınlğında (məsələn, 500 metr- 1 km trayektoriyada) hərəkətinə SMS-siz icazə barədə düşünmək lazımdır.

Rövşən Ağayev

İqtisadçı

Facebook Comments