Yardımlıda BİABIRÇILIQ: Vətəndaşların yardımı mənimsənilib

Yardımlı rayonundan bir qurup vətəndaş dosye.org saytın elektron ünvanına şikayət məktubu ünvanlayıb. Vətəndaşlar məmur özbaşınalığlarındam və digər məsələlərdən narazıdır.

Sozcu.az məktubun məzmunu ilə sizi tanış edir:

Yardımlı rayonundan yaziram yazib bildirirəm ki, son günlər Karantin rejimi ilə bagli imkansiz ailələrə Heydər Əliyev fondu tərərfindən göndərilən yardimlar eytiyaci olan vətəndaslara catdirilmir. Başçının birinci müavini Azər Yüsüb oğlu Xamiyev, Başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyev, Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Camaləddin qızı Mammədova,Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şücaət Zabi oğlu İbişov, və Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Zakir Qaraxan oğlu İmanov tərəfindən tərtib edilmiş saxda siyahi əsasinda kimlərə yardm verilməsini həyata keçirirlər. Nəzərinizə çatdırım ki, yardımlar tənha, kimsəsiz, qaygiya eytiyaci olan vətəndaşlara verilmir. Yeni bir üsul tapib cənab başçıyla müavinləri. Yeyilən yardimlarin və naraziligin artmasinin qarsiini almaq məqsıdi ilə 30 ərazi nümayəndəliyinə tapşiriq verilib ki, şəxsi hesabınıza 11 yardim paketi alib vətəndaşlara paylansin. Maraqlı məqam ondan ibarətdir ki, icra hakimiyyəti basda olmaqla müavinləri 1400 manat əmək haqqı alır, hər rüb dövlət büdcəsindən mükafat alir, lakin 400 manat əmək haqqı alan ərazi işçiləri necə 11 karopka yardim alib kasib təbəqəyə paylasin? Yardim payininda 1 ədədəinin qiyməti 50 azndir. 11 ədəd yardim payinin qiymətidə 550 azn təçkil edir. 30 ərazinin də 11 ədədən götürəndə 16500 azn edir. İcra nümayindəsi aldığı əmək haqqı ilə bu qədər payi necə verə bilər? Bu haqsizliq nə vaxta qədər davam edəcək? Yardımlı rayon icra hakimiyyəti bu neqativ əməlləri çoxmu davam etdirəcək? 2016 ci ildən başçi təyin olunub, işi-gücü dövlət vəsaitini dalan etməklə məşğuldur. Bir neçə gündür ki, Yardimli rayonu Ostayır kəndində bu faktlar var və bu faklarla bagli İcra bascisi yalandan səs-küy qopardir ki, müavinlərin ərzələri alinsin. Baxmayaraq ki, 3 gun üsdunden keçib.

Hörmətli redaksiya, Yardımlı rayonunda məmur özbaşınalığı davam edir. Bütün haqsızlıqların başında duran Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaş-dırılması şöbəsinin müdiri Mahir Xanış oğlu Mirzəyevdir. Sizlərdən xahiş edirik ki, səsimizi dövlət qurumlarına çatdırasınız.

Facebook Comments