“Hər kəsə 250 manat verilsin!” – KAMPANİYA

İqtisadçı Qubad İbadoğlu sosial şəbəkədə “Hər kəsə 250 manat neft pulu verilsin!” kampaniyasına start verib”.

“Linkin – http://chng.it/jhZSZ7tGc2 – və ya şəklin və yaxud fotonun altındakı mətnin üzərinə tıklamaqla sizin üçün açılmış yeni səhifədə ad və soyadını qeyd edib, bu petisyanı vaxt itirmədən imzalayın. Eyni zamanda xahiş edirəm ki, petisiyanın linkini başqalarının da imzalaması üçün üzv olduğunuz bütün qruplarda və sosial şəbəkələrdə paylaşın. Xahişimə diqqətlə yanaşacağınıza əminliklə əvvəlcədən təşəkkür edirəm, dəstək olun ki, istəkləri birlikdə gerçəkləşdirək və layiq olduğunuz yardımınızı əldə edək. Ümidsiz olmayın, fikirləşməyin ki, bizdə alınan deyil, bizi eşidən olmayacaq, bizdən heç nə olan deyil, səy göstərək, minlərlə imzamızla təsir edək, nəticə olacaq. Necə ki, sizlərlə birlikdə “məktəbə virusu buraxmayaq”, “metronu dayandıraq”, “işsizlik üçün müraciət edək”, “VÖEN-i bağlayaq” kampaniyalarından nəticələr var, burdan da olacaq. Damla-damla göl olur” – iqtisadçı qeyd edib.

Facebook Comments