Türkiyədə koronadan ölənlərin sayı artdı

Türkiyədə son sutka ərzində 99 nəfər yeni tip koronavirusdan ölüb.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

“Son 24 saatda koronavirusa 2357 yoluxma halı qeydə alınıb. Ölkədə virusa yoluxanların ümumi sayı 110 min 130 nəfər təşkil edir. Ümumilikdə 2805 nəfər COVİD-19 infeksiyasının qurbanı olub”, – məlumatda bildirib.

Facebook Comments