Kürdəmirdə sürücü avtomobildə yanaraq ölüb – FOTO

Kürdəmir rayonunda avtomobil yanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Qazax avtomobil magistralının Kürdəmir rayonunun Xırdapay kəndindən keçən hissəsində “BMW” markalı maşın yoldan çıxaraq alışıb.

Şahidlərin dediyinə görə, hələlik şəxsiyyəti məlum olmayan sürücü maşında yanaraq ölüb. Meyit FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fakt araşdırılır.

Sozcu.az

Facebook Comments