Ermənilər Lavrovun bəyanatından sonra Ağdamda HÜCUM TƏLİMLƏRİ KEÇİRDİ…-FOTOLAR

Əşşi, boş şeydi, qələt edirlər, biz hələ Moskvanın diktəsi ilə növbəti virtual(!) danışıqlara hazırlaşaq…

Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “müdafiə ordusu” adı altında hüquqi-tarixi ərazilərimizdə dislokasiya olunmuş erməni işğalçı qüvvələri növbəti hərbi təlim keçiriblər.

Sozcu.az xəbər verir ki, Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, təlimlər dünən –aprelin 22-də qanunsuz “müdafiə ordusu”nun komandanı general-mayor Calal Arutyunyanın rəhbərliyi ilə işğal altındakı Ağdam rayonunun Şahbulaq və Uzundərə ərazisindəki “Tiqranakert” adlandırılmış hərbi poliqonda keçirilib.

Ağır silah və zirehli texnikanın da qatıldığı təlimlərdə düşmən hərbçiləri həm müdafiə, həm də hücum tapşırıqlarını icra ediblər.

Xatırladaq ki, XİN başçılarının sonuncu video-görüşü və Rusiya XİN başçısı S.Lavrovun guya Azərbaycanın xeyrinə olan bəyanatından sonra işğalçılar Ağdamı və digər Dağlıq Qarabağ ətrafı rayonlarımızı “təhlükəsizlik zonası” elan ediblər…

P.S. Əşşi, boş şeydi, qələt edirlər, biz hələ Lavrovun diktəsi ilə növbəti virtual(!) danışıqlara hazırlaşaq…(Moderator.az)

Facebook Comments