“Santa-Barbara”nın ulduzu vəfat edib

“Santa-Barbara” serialı ilə məşhurlaşan amerikalı aktyor Tom Lester vəfat edib.

Sozcu.az axsam.az-a istinadən xəbər verir ki, bu barədə aktyorun qardaşı Maykl sosial şəbəkədə məlumat verib.

82 yaşında parkinson xəstəliyindən dünyasını dəyişən Tom Lesterin dəfn mərasimi aprelin 24-də keçiriləcək.
Qeyd edək ki, mərhum aktyor “Çağrılmamış qonaq”, “Yaşıl sahə”, “Benci”, “Amerikansayağı sevgi” kimi serial və filmlərdə də rol alıb.

Facebook Comments