Nazir mikrofonun açıq olduğunu unutdu və söyüş söydü

Uelsin (Böyük Britaniya) Səhiyyə naziri Voqan Getinq video-konfrans formatında keçirdiyi görüşdə mikrofonun açıq olduğunu unudaraq söyüş söyüb.

Sozcu.az xəbər verir ki, parlament üzvlərinin ardıcıl sualları naziri bezdirdiyindən o, təhqiramiz ifadə işlədib.

Bu zaman parlament sədri Elin Cons yayıma müdaxilə edərək, “Güman edirəm, Voqan Getinqin yayımı bağlaması lazımdır” deyib.

Lakin nazir buna əhəmiyyət verməyərək, video-konfransı davam etdirib.

Toplantı bitdikdən sonra nazir Tvitter səhifəsində açıqlama yayaraq, üzr istəyib.

Facebook Comments