Azərbaycanda benzin ucuzlaşır? – Açıqlama

WTI markalı Amerika nefti kəskin şəkildə ucuzlaşaraq 1,38 dollardan satılır. Neftin qiymətinin bu cür kəskin şəkildə aşağı düşməsi öz növbəsində digər enerji daşıyıcılarının də qiymətinə təsir edir və edib.

Maraqlıdır, neftin qiymətinin gözlənilmədən bu qədər aşağı enməsi Azərbaycanda benzinin qiymətinə necə təsir edəcək? Benzinin, eləcə də dizelin qiyməti aşağı düşə bilərmi?

Sozcu.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, neftin qiymətinin aşağı düşməsi benzin və elektrikin də qiymətinin aşağı düşməsi ilə nəticələnib:

“Topdansatış bazarında benzinin, dizel yanacağının qiyməti kifayət qədər aşağı düşüb. Ona görə ABŞ-da istehlakçılar enerji daşıyıcılarının qiymətindən çox razıdır. ABŞ dünyanın tək bazarı idi ki, alternativ enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin dəyəri ənənəvi enerji mənbələrindən alınan elektrik enerjisinə bərabər olmuşdu. ABŞ-ın alternativ enerji qurğularının faydalı əmsalı o qədər yüksəkdir ki, dünyanın heç bir yerində, nə Avropada, nə Çində belə əmsallar müqayisə olunmaz dərəcədədir. Buna görə də bildirirlər ki, saat 06:00-dan saat 09:00-dək kimin nə elektrik qurğusu varsa rahatlıqla havayı şəkildə elektrikdən istifadə edərək yararlana bilər. Çünki onlar elektriki hasil edirlər və onu saxlamaq üçün yer tapa bilmirlər. İndi də ona uyğun bazarda qeyri-adi situasiya yaranıb.

Azərbaycanda neftin qiymətinin ucuzlaşmasının benzinə təsirindən danışarkən isə onu qeyd etmək istəyirəm ki, bizdə yanacaq bazarı və hasilat azad bazar iqtisadiyyatı üzərində deyil. Yəni hər şey dövlətin nəzarəti altında həyata keçir. Dövlət tərəfindən tənzimlənən qiymətlərlə bazardakı istehlakçı və istehsalçı münasibətləri formalaşır. Buna görə də neftin qiyməti istər 2008-ci ildəki kimi 148 dollar olsun, istərsə də 1 dollar olsun, bizə bunun hansısa təsiri olmayacaq. Dövlətin qərarı ilə benzinin qiyməti yüksələ, ya da aşağı düşə bilər, başqa cür mümkün deyil”.

Facebook Comments