Ərəblərə də 190 manat veriləcək?

Ölkəmizdə minlərlə azərbaycanlı soy-kökə malik olan xarici ölkə vətəndaşı yaşayır ki, hazırki durumda onların da sosial vəziyyəti hər birimizi narahat edir. Bunların arasında Gürcüstan vətəndaşı olan azərbaycanlılar da çoxdur. Bəs görəsən, onlar da işsiz olduqları halda vətəndaşlara verilən 190 manat ödənişi ala bilərlərmi?

Sozcu.az xəbər verir ki, bu sualı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov açıqlamasında cavablandırıb.

O bildirib ki, qanunla vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin sosial təminat hüququndan yararlanmaq imkanı var: “Gürcüstan respublikasının vətəndaşı olub Azərbaycanda daimi yaşayanlar da vətəndaşlığı olan şəxsə bərabər tutulur, onlara da 190 manat ödənişir verilə bilər. Bu ümumi qanunvericiliklə tənzimlənir. Vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin sosial təminat hüququndan yararlanmaq imkanı var. Ancaq kimsə müvəqqəti yaşamaq izni ilə gəlibsə, onlara verilməyəcək. Çünki müvəqqəti yaşamağın əsası iş vizasıdır. Onlar buraya işləməyə gəliblər və işsiz kimi müraciət edə bilməzlər, çünki onun əmək müqaviləsi var”.

B.Hüseynovun sözlərinə görə, bu qism insanlar rəsmi işçilərə ayrılan vəsaitdən bəhrələnə bilərlər: “Ancaq fəaliyyəti dondurulan iş yerlərində çalışırlarsa, işçi kimi hansısa yardımdan bəhrələnə bilərlər. Ancaq işsiz kimi 190 manat ödənişi ala bilməzlər. Bu müvəqqəti yaşayanlara aiddir”.

Nazirlik rəsmisi vurğuladı ki, ölkəmizdə daimi yaşayan əcnəbilər də bu ödəniş üçün müraciət edə bilərlər: “Daimi yaşayan əcnəbilərə isə elə bizim kimi bir şəxsiyyət vəsiqəsi verilir. Onun üzərində də FİN kod var. Onların da müraciət edib, 190 manat almasında heç bir problem yoxdur”.Musavat.com

Facebook Comments