Əsəd rejimi İdlibi raketlə vurdu

Suriyada Bəşər Əsəd rejiminə bağlı qüvvələr İdlibin Beynin qəsəbəsinə raket zərbələri endirib.

Sozcu.az xəbər verir ki, hücum nəticəsində 3 dinc sakin ağır yaralanıb.

Eyni zamanda, qəsəbədə bir neçə ev və avtomobil yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, gecə saatlarından səhərə kimi ən azı 14 raket zərbəsinin səsinin gəldiyi bildirilib.

Facebook Comments