Ağsu sakini Əlağa Vahidin qəzəlini dediyi üçün həbs edildi

Əlaga Vahidin qəzəlinin deyən Ağsu rayon sakini həbs edildi.

Sozcu.az xəbər verir ki, Ağsu rayon sakini bədii qiraətçi Təbriz Şirvani (Ələkbərov) sosial şəbəkədə Əlağa Vahidin şerini səsləndirdiyi üçün aprel ayının 16-da Ağsu rayon Polis İdarəsinə aparılaraq həbs edilib.

Bu gün Ağsu Rayon Məhkəməsinin qərarı ilə Təbriz Şirvaniyə 25 sutka həbs cəzası verilib.

Xatırladaq ki, Təbriz Şirvani “Qarabağ Qaziləri və Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin üzvüdür.

Ağsu rayonunda tanınmış aparıcı və  bədii qiraətçi kimi tanınan Təbriz Şirvani vətənpərvər və dövlətini sevən bir gənc olmaqla bərabər, yaşadığı Ağsu rayonunda keçirilən bir çox sosial, xeyiriyyə tədbirlərində fəal iştirak edib.

Sozcu.az saytı olaraq, Təbriz Şirvaniyə polis idarəsində hər hansı təzyiqlərin olub, olmaması haqda araşdırma apararaq məlumat verəcəyik.

Facebook Comments