Misir Mərdanov: “Yaxşılığı reklam etmək düzgün deyil”

“Yaxşılıq edəndə Allah rizasına xatir edirsən, ona görə bu əməli göz önünə gətirmək doğru olmazdı. Mən dünyanın bir çox ölkələrdinə bəzi adamların imkanı olmayan tələbələrə təqaüd ayırdığının şahidi olmuşam. Həmin adamlar heç vaxt bildirməyiblər ki, təqaüdü onlar verir. Tələbə də elə bilib ki, elə rəsmi qaydada bu təqaüd ona verilməlidir…”.

Sozcu.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq Təhsil naziri Misir Mərdanov deyib.

“Dərin düşünəndə adam belə qənaətə gəlir ki, bəlkə də göstərdiyi yardımı bəyan etməklə həmin şəxs imkanlı adamları da bu addıma dəvət etmək istəyir. Bu baxımdan müsbət yanaşmaq lazımdır. Yəni məsələdə indiki zamanla əlaqədar iki məqam var” – M.Mərdanov qeyd edib.Modern.az

Facebook Comments