Karantini pozanlar cinayət məsuliyyətinə cəlb olunacaq – Qanun sərtləşdirilir

Koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin rejimini pozanlar cinayət məsuliyyətinə cəlb edilə bilər.

Sozcu.az xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif olunur. Artıq bu məsələ Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin iclasında müzakirə edilib.

Layihə Milli Məclisin aprelin 17-də keçiriləcək plenar iclasında da müzakirəyə çıxarılacaq. Layihənin birinci oxunuşda qəbul ediləcəyi gözlənilir.

Bundan başqa, İnzibati Xətalar Məcəlləsinə də dəyişiklik ediləcək. Bu dəyişiklikdə də xüsusi karantin rejiminin pozulmasına görə nəzərdə tutulan cəzalar sərtləşdirilir.

Hökumətin cinayət qanunvericiliyini sərtləşdirilməsi bəzi vətəndaşların xüsusi karantin rejiminə riayət etməməsilə bağlıdır. Bu isə pandemik virusa yoluxma halının kütləvi xarakter almasına səbəb ola bilər. Hökumətin əsas narahatlığı da bununla bağlıdır. Çünki yoluxma kütləvi xarakter alacağı təqdirdə onun lokallaşdırılması müşkülə çevrilə və İtaliyada, İspaniyada baş verənlər Azərbaycanda da təkrarlana bilər.

Facebook Comments