Tofiq Yaqublunun həkimə ehtiyacı var

“Bir az əvvəl ata ilə danışdım. Dostlara salam söylədi. Əhvalı yaxşı idi. Ancaq səhhətində ciddi problemlər var. Astması kəskinləşib. Çox öskürür. Səbəb isə ətrafındakı insanların siqaret çəkməsidir”.

Sozcu.az xəbər verir ki, bunu hazırda həbsdə olan Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun qızı Nigar Həzi deyib:

“Keçən danışığımızda da öskürürdü. Düşünürdüm ki, yeqin telefon otağında kimsə siqaret çəkir. Ancaq bu gün özü dedi ki, siqaret çəkən çoxdur deyə öskürəyim artıb və kəskinləşib. Qolunun ağrısı isə artıb. Karantin olduğu üçün özü ilə görüşə bilmirik. Ehtiyacı olan dərmanları verə bilmirik. Təcili ona həkim lazımdır”.

Facebook Comments