Kabab bişirərkən qonşuların evini yandırdı

Rusiyanın Kemerovo vilayətinin Anjero-Sucensk şəhərinin sakini öz həyətində kabab bişirərkən qonşularının evini yandırıb.

Sozcu.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Məlumata görə, hadisə 2017-ci ildə baş versə də, onun əməlinin üstü indi açılıb. Belə ki, 29 yaşlı şəxs Lebedyanka kəndindəki evinə gələrək burada piknik qurur. Alovla ehtiyatsız davranışı səbəbindən od həyətdəki quru otlar vasitəsilə ətrafa yayılıb və nəticədə ev yanmağa başlayıb.

Yanğın nəticəsində 9 nəfərə məxsus əmlak yararsız vəziyyətə düşüb. İndi həmin şəxs qonşulara 7 milyon rubl ödəməlidir.axar.az

Facebook Comments