Güney azərbaycanlı şair siyasi məhbusların sərbəst buraxılmasını tələb edir: Bizi tarix qarşısında utandırmayın!

Qum şəhəri sakini güney azərbaycanlı şair və yazıçı İran zindanlarında koronavirusun yayılması ilə bağlı siyasi məhbusların sərbəst buraxılmasını tələb edib.

Heydər Bayat bu barədə Twitter səhifəsində bir mətn paylaşıb.

“Həbsxanalarda koronavirusun yayılması xəbəri insanın canını lərzəyə salır. Hər halda siyasi məhbuslar barəsində çıxarılan məhkəmə qərarı ölüm və ya edam deyil. Bəylər, bundan artıq özünüzü və bizi insanlıq və tarix qarşısında utandırmayın.”- deyə o qeyd eidb.

Koronavirus infeksiyasının həbsxanalarda yayılması səbəbindən Azərbaycan Əhalisi və İnsan Hüquqları Qurumları İran rejimini məhbusları müvəqqəti sərbəst buraxmağa çağırıb. Buna baxmayaraq Abbas Lisani, Lətif Həsəni, Əlirza Fərşi, Tövhid Əmir Əmini, Kazım Səfabəxş və Məhəmməd Əbdulməhəmmədzadə kimi azərbaycanlı milli-mədəni fəallar hələ də İran həbsxanalarında saxlanılır, rejim onların müvəqqəti sərbəst buraxılmasına icazə vermir.

Sozcu.az

Facebook Comments