Şok hadisə: 26-cı mərtəbədən yıxıldı və sağ qaldı – Video

Çində 26-cı mərtəbədən yerə yıxılan 6 yaşlı uşaq möcüzə nəticəsində sağ qalıb.

Sozcu.az xəbər verir ki, uşaq yıxılan zaman mənzildə valideynlərinin olmadığı bildirilib.

Belə ki, qəfil yuxudan oyanan məktəbli evdə ata-anasının olmadığını görərək onları axtarmağa başlayıb və bu zaman pəncərədən yerə düşüb.

Məlumatda deyilir ki, 26-cı mərtəbədən sürətlə yerə düşən zaman uşaq əvvəlcə qarajın damına çırpılıb və bu da onun sağ qalmasına səbəb olub.

Həkim müayinəsindən keçən uşağın yalnız qolunun sındığı deyilir.(Axar.az)

Facebook Comments