“Nəzir yığan idarənin səsi eşidilmir” – PARTİYA SƏDRİ

“Ağır günlər keçirən millətimiz illərdir ki, ölkənin hər yerində nəzir qutuları vasitəsilə nəzir verir. Nəzir yığan orqan da Qafqaz Müsəlmanlar İdarəsidir. Nədənsə son vaxtlar bu idarə rəhbərlərinin səsi eşidilmir. İtaliyada maska qıtlığı yarananda kilsədəki rahibələr öz ətəklərindən maska tikib pulsuz olaraq əhaliyə paylayırdılar”.

Sozcu.az xəbər verir ki, bunu Böyük Azərbaycan partiyasının sədri Elşad Müsayev özünün feysbuk səhifəsində yazıb:

“Peyğəmbərimiz buyurub ki, qonşusu ac olarkən özü tox yatan bizdən deyil. Duydunuzmu?Dövləti bildik. Bəs din adından çıxış edən Qafqaz Müsəlmanları İdarəsi, imkanlı hacılar, məşədilər, kərbəlayilər imkanı olmayan müsəlman bac-qardaşlarına bu ağır günlərdə kömək edirlərmi? İnanıram ki, ayrı-ayrı şəxslər yardımlarda iştirak edirlər, ancaq QMİ-nin bu prosesdə passiv davranması heç cür qəbul edilə bilməz…”

Facebook Comments