Avtomobillə vurulan Göyçay sakini bu dəfə ölümlə hədələnir – POLİS SƏHLƏNKAR YANAŞIR

“Bir qrup harınlamış imkanlı şxslər tərəfindən döyülərək xəsarət almağıma və ölümlə hədələrə məruz qalmağıma görə mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının Daxili işlər naziri cənab Vilayət Eyvazova və Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova müraciət edirəm”.

Bu sözləri Sozcu.az saytına Göyçay rayonu Qaraməryəm kənd sakini Quliyev Səbuhi Faxrəddin oğlu yazıb:

Hörmətli Nazir və hörmətli Baş prokuror!

03.04.2020 -ci il tarixdə təxminən saat 17 -18 00 radələrdə həmkəndlim Qasımov Fuad Nazim oğlu Qaraməryəm kəndində düşmənçilik niyyəti və məni öldürmək məqsədilə idarə etdiyi “Priora” markalı avtomobili ilə məni vurmuş xəsarət yetirmişdi. Bundan sonra məni Qasımov Fuad Nazim oğlu, qardaşı Qasımov Cavid Nazim oğlu, atası Qasımov Nazim Mürsəl oğlu, yaxın dostları Abdullayev İntiqam Səhliyar oğlu, qudaları Xəlilov Ceyhun Xəlil oğlu və yaxın qohumları Fərəcullayev İlkin Cəbrayıl oğlu köməksiz vəziyyətdə olarkən məni amansızcasına döyərək sol qolumun mil sümüyünü və sol əlimi iki hissədən sındıraraq bədənimin müxtəlif naihələrinə həyat üçün təhlükə yaradan xəsarətlər yetirmişlər.Gecə ilə qəza törətdikləri avtomobili polisdən gizlədərək maqazinlərindəki satıcısı və yaxın qohumu olan Fərəcullayev Namiq Rafael oğlunun həyətinə salmış və sınmış işıq farasını dəyişmişlər.

Məni döydükdən sonra isə mənə məxsus telefonu cibimdən götürüb ekranını sındırıblar. Həttda həmin telefonumu onlardan alıb gətirən şəxsdə şahid kimi bunu qeyd edir.

Onların törətdikləri bu cinayət Qaraməryəm kəndində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin müşahidə kamerasında qeydə alınmışdır. Adlarını qeyd etdiyim şəxslərin mənə qarşı cinayət törətmələrini təsdiq edən konkret subutlar var.

Bu hadisə ilə bağlı həmin şəxslər Göyçay Rayon Polis Şöbəsində bir neçə saat saxlandıqdan sonra sərbəst buraxılmışlar. Sərbəst buraxıldıqdan sonra isə həmin şəxslər məni tüfənglə atıb öldürəcəkləri ilə hədələyirlər. Bu cinayətin təşkilatçısı isə Qasımov Fuad Nazim oğludur.Fuad Qasımov imkanlı şəxsdir, onun çoxlusayda ticarət obyektləri var. Geniş imkanları sayəsində belə cinayətlər törədib insanların gözünün odunu alır.Hazırda qorxu həyacan içində yaşayıram.Çünki belə bir təhlükəli cinayəti törədən şəxsin sərbəst buraxılması heç bir məsuliyyətə cəlb edilməməsi və məni ölümlə hədələməsi onun dahada ağır cinayətlər törədəcəyinə şərait yaratmış olacaq.

Hörmətli Nazir və Baş prokuror məsələni dərhal nəzarətinizə götürməyinizi və təcili təxirə salınmaz tədbirlər görməyinizi sizlərdən xahiş edirəm.Əks təqdirdə bu adamlar cəzasızlıqdan azğınlaşaraq məni öldürəcəklər.

Əlaqə telefonu; (070) 204-88-00

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Facebook Comments