Paşinyan Putinə zəng etdi – Səbəb

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Sozcu.az xəbər verir ki, bu məlumatı Kremlin mətbuat xidməti yayıb.

Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı əsas müzakirə mövzusu koronavirusla mübarizə olub.

Paşinyan Rusiyanın etdiyi yardıma görə Putinə təşəkkür edib.

Facebook Comments