Qoşaçay Bələdiyyə İdarəsinin başçısı istefa verib

Qərbi Azərbaycan Əyalətində yerləşən Qoşaçay şəhərinin Bələdiyyə başçısı tutduğu vəzifədən istefa verib.

Rəsul Məleki Qoşaçay Şəhər Şurasının növbədənkənar iclasında istefa qərarını açıqlayıb.

Qoşaçay Şəhər Şurasının rəisi Fəxrəddin Azəriyan, Rəsul Məlekinin istefasının qəbul olunduğunu bildirərək səsvermə nəticəsində Həsən Fətəlipurun onun yerinə seçildiyini qeyd edib.

O həmçinin bildirib ki, yeni Bələdiyyə başçısı qərar qəbul edənədək Vəhid Əsğəripur Bələdiyyə İdarəsinin icraçı direktoru kimi fəaliyyət göstərəcək.

Şəhər Şurasının rəisi Rəsul Məlekinin hansı səbəbdən istefa verdiyini açıqlamayıb.

Sozcu.az

Facebook Comments