Koronavirusun vaksini nə zaman tapılacaq? – ÜST rəsmisi danışdı

Ümumdünya Səhiyyə Təşkilatının rəsmisi yeni tip koronavirusa qarşı vaksin barəsində danışıb.

Sozcu.az xarici mediaya istinadən xəbər verir ki, Təşkilatın Fövqəladə Hallar üzrə nümayəndəsi Mayk Rayan sözügedən vaksinin ən yaxşı halda bir il ərzində tapıla biləcəyini açıqlayıb.

O həmçinin bu istiqamətdə aparılan işlərin uğurla nəticələnəcəyinə ümidli olduğunu vurğulayıb.

Facebook Comments