Türkiyədə 9 nəfər koronadan öldü

Türkiyədə koronavirusdan ölənlərin sayı 9-a çatıb.

Sozcu.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca verib.

O bildirib ki, son 24 saatda koronavirusla bağlı 3656 test edilib:

“Onlardan 311-nin nəticəsi pozitiv olub. Virusa yoluxanların sayı 670 nəfərdir. Yaşlı və zəif 5 xəstəmiz həyatını itirdi. Bu günədək 9 nəfər koronavirusdan ölüb. Hamısı yaşlılardır. Onları qorumalıyıq”.

Facebook Comments