Müsavat başqanı prezidentə səsləndi: “Bizə barmaq silkələməkdənsə…”

Arif Hacılı
Müsavat Partiyasının başqanı

Dünya dövlətlərinin liderləri koronavirusla bağlı pozitiv mesajlar verir, öz xalqlarını bu bəlaya qarşı birliyə, təşkilatlanmağa çağırır. İlham Əliyev isə xalqa barmaq silkələyir, bizə hədə-qorxu gəlir.

Dövlət başçısı da, “bunun axırı nə olacaq, bilmək olmaz,” deyərmi?
Dövlət başçısı da, bayram təbrikində öz xalqını hədələyərmi?
10 dəqiqəlik çıxışının mətnini yazıb onun qarşısına qoyacaq intellektual komandası yoxdurmu?

… Doğrudan da dəngələr dəyişəcək. Nə qədər gec deyil bunu nəzərə alın. Bizə barmaq silkələməkdənsə təkliflərimizi dinləyin.
Xalqın səsini eşidin!

Facebook Comments