AB-Türkiyə razılaşmasını yeni bir mərhələyə qaldırmaq üçün səylərimi əsirgəməyəcəyəm.
Sozcu.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel deyib.
“Miqrasiya problemini əsaslı şəkildə həll etməliyik. AB-Türkiyə razılaşmasının əsas fəlsəfəsi budur. Bölgədəki miqrant problemini müzakirə etmək üçün Avropa Birliyi Şurasının rəhbəri Çarls Mişel və Avrokomissiyanın sədri Ursula fon der Leyenlə görüşəcəyəm”, – Merkel bildirib.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel martın 17-də Türkiyəyə səfər edəcəklər.
Facebook Comments