Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın tam söndürülüb – FOTO – YENİLƏNİB

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın tam söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı xəsarət alan olmayıb, lakinbazaya bitişik 72 saylı tam orta məktəbin köməkçi binası kimi istifadə olunan hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

***

8 mart, saat 23:44

Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın başlayıb.

APA-nın yerli bürosunun məlumatına görə, yanğın bazanın keçmiş yeməkxanasında və Ağdam rayonunun 72 saylı orta məktəbinin köməkçi binası kimi istifadə olunan hissəsində baş verib.

Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.

Sozcu.az

Facebook Comments