Şəhidin mübarək AZƏRBAYCAN!

İlqar Əli

Bu anamızın, bacımızın hayqırtısı vətən hayqırtısıdır, vətən yolunda şəhid olan övlad hayqırtısıdır. Bu hayqırtı hər kəsi üşütməlidir, bu ananın saçları kimi bizim də saçımızı qabartmalıdır. Hər bir şəhid mənim ürəyimdən qopan bir bağdır, bir damardır. Hər şəhid mənim mənim sinəmi dəlib keçən bir kurşundur.
Vətən ANAdırsa o övlad anası üçün şəhid oldu. Şəhid oldu ki, VƏTƏNi anası üçün 8 mart hədiyyəsi etsin. Elə etdi də, nəşinə bürünmüş bayraqla. Elə bayraqda VƏTƏNdir. Bayraq VƏTƏNdirsə demək şəmidimiz anasın təbrik etdi.
Bəs biz anamızı necə təbrik edək?
Analarımıza, bacılarımıza, xanımlarımıza və qız övladlarımıza gül alaqmı? Yaxud onların şəninə ziyafət təşkil edəkmi?
Necə?
Bu hayqırtı sizcə buna imkan verərmi?
Xeyir. Bizim bir yolumuz qalır. O da hayqıran, saçını holan anaların uğrunda şəhid verdiyi torpaqları azad edib onlara ərməğan edək.
İşğal olmuş Anamızı anamıza hədiyyə edək.
Dünən qazi dostumuz Rəhman bəyin övladının toy məclisində bilmirəm düz etdim ya sehv etdim, ancaq etdim. Şəhidimizi andım. Bir övladımız şəhid olur, digər övladımız toy edir. Bir üzümüz gülür, bir üzümüz ağlıyırdı. Ağlayan üzümüzü gülən üzümüzə göstərməli olmasaqda mən onu bacara bilmədim. Hansı ki, Rəhman bəy Qarabağ, övladı isə aprel döyüşlərinin qəhrəmancasına iştirakçısı olublar.
Allah onları xoşbəx eləsin.
Keçək mövzuya.
Dünən gələn şəhid xəbəri və televiziyalardakı çal-çağıra.
Sanki ölkəmiz çox böyükdür onun ucu ilə bucağının bir-birindən xəbəri yoxdur. Bir yanda saçını yolub hayqıran ana, evin digər küncündə öz çal-çağırından qalmayan televiziyalar, abır-həya bilməyən, mədəniyyətdən uzaqlar.
Heç bir uzlaşması olmayan, heç bir bağlılığı olmayan dövlət qrumları. Və bir də yerlərdə şəhid ailəsinə təsəlli, təskinlik vermək üçün təyin olunmuş adamlar.
Məqsəd nədir?
Vətən sağolsun demək?
Yaxşı.
Vətən, öləndə kasıblarındı, yeyəndə varlıların?
Vətən, şəhid verəndə yetimlərindi, çal-çağır sizin kimi arsızların?
Vətən əziyyət çəkmək üçün bizlərindi, kef çəkmək üçün sizlərin?
Kimin üçün sağolsun vətən?
Vətənin milyonlarını mənimsəyib əcnəbilərə yem edənlər üçün? Ya vətən üçün deyil, öz nəfislərinin qurbanı olanların?
Bax bunu başa düşə bilmirəm. Xüsusi təyin olunub, şəhid nəşinin ətrafını saranlar şəhidin dəfnindən sonra öz kefindən qalmayanlar, sizin məqsədiniz nədir?
Məqsəd doğurdan da təsəllidirsə nədən sizi ora göndərənlər şəhidimizin qisasını almaq üçün işğal olunmuş torpaqlarımızın azad olunması üçün bir tədbir görmür?
Nədən heç olmasa şəhid verdiyimiz gün öz həyasızlıqlarından qalmırlar?
Nədən?
Nədən biz bir ola bilmirik?
Nədən biz acılarımızı bir yerdə çəkib, sevincimizə bir yerdə şərik ola bilmirik?
Nədən milyonları öz dərdimiz ola-ola, başqasının dərdinə xərcləyirik?
Nədən efirləri ziyalılar deyil, toliklər, zaurlar, elzalar, gic-gic sərgilənən komedi şoular zebt edib?
Nədən məmur balaları xaricdə ermənilərlə evlənir, işbirliyi qurur?
Nədən xaricdə “diasporamız” ermənilərlə dostluq həvəsindədir?
Nədən ordumuz torpaqlarımızın azad olunması üçün qerar verə bilmir?
Bax bu nədənləri saymaqla bitməz.
Bəlkə tək Qarabağ degil, Azərbaycan işğal olub?
Kimdir bizə mane olan?
Kimdir bizi saxtalığa məcbur edən?
Kimdir bu saxtalıqları örtbasdır etmək ücün mətbuatımızı pulla susduran?
Kimdir haqq səsini demək istəyən qız-gəlinimizi küçənin ortasında sürütdürən?
Kimdir Qarabağı azad etmək əvəzinə milyonları, milyardları məcburi köçkünləri başqa-başqa yerlərdə yerləşdirməyə serf edənlər?
Kim?
Bax bu nədənlərə, suallara cavab tapanda özümüzə qayıdacağıq.
Kəndimizə qayıdacağıq.
Qarabağa qayıdacağıq.
Bax onda.
Onda bayramımız mübarək olacaq.
Şəhidimiz kimi.
Şəhidin mübarək AZƏRBAYCAN!

Facebook Comments