“Çempionlar Liqasında “Yuventus” kimi komandanı mübarizədən kənarlaşdıra bilərik”

Son zamanlar adı bir neçə klubla yanaşı çəkilən “Lion”un futbolçusu Ussem Auar açıqlama verib.

Sozcu.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu, transfer maraqlarına baxmayaraq, “Lion”da qalacağını bildirib:

“Haqqımda çıxan transfer söhbətlərini eşitmişəm, bunlardan qürur duyuram. Amma fikrimi dəyişməyəcəm. Klubla keçirəcəyimiz gözəl mövsüm sonu var. Bu mövsüm titul qazana, Çempionlar Liqasında “Yuventus” kimi komandanı mübarizədən kənarlaşdıra bilərik. Eyni zamanda, çempionatı da ilk üçlükdə bitirəcəyimizə inanırıq. Buna görə də, fikrimizi buna yönəltmişik. Son zamanlardakı çıxışımdan razıyam, amma qarşıda vacib oyunlarımız var və bunlara diqqət etməliyik”.

Fransalı futbolçu ilə “Çelsi”, “Yuventus” kimi klubların maraqlandığı bildirilir.komanda.az

Facebook Comments