“Həyat yoldaşıma nifrət edirdim” – Məşhur aktrisa

”Game of thrones” serialı ilə ulduzu parlayan aktrisa Sofiya Turner həyat yoldaşı Coye Conas ilə tanış olmadan əvvəl ona nifrət etdiyini etiraf edib.

Sozcu.az ölkə.az-a istinadən bildirir ki, Sansa Stark rolu ilə tanınan aktrisa məşhur Elle jurnalına həyat yoldaşı ilə necə tanış olmaları haqqında danışıb. İngilis aktrisası həyat yoldaşı məşhur ”Jonas Brother” qrupunun ifaçısı Conas ilə tanış olmadan əvvəl ondan xoşu gəlmədiyini və haqqında pis düşündüyünü deyib. ”Jonas Brothers” qrupunun pərəstişkarı olmadığını deyən 24 yaşlı Sofiya indiki həyat yoldaşı ilə görüşə sevgilisi ilə getdiyini etiraf edib. Səbəb olaraq özünü güvəndə hiss etməməsini göstərib. Londonda gecə klublarının birində görüşdüklərini deyən aktrisa zənn edib ki, Conas görüşə axranaları ilə gələcək. Məhz bu səbəbdən də Conas barəsində həmişə mənfi fikirdə olduğunu açıqlayıb.

Facebook Comments