Orduda epidemioloji vəziyyət necədir? – Generaldan açıqlama

“Şəxsi heyətin xəstəliklərə yoluxmasının qarşısını almaq məqsədilə ciddi qabaqlayıcı tədbirlər görülür. Mövsümi kəskin respirator xəstəliklər, o cümlədən koronavirus infeksiyasının yayılması ehtimalını və hərbi hissələrin şəxsi heyətinin bu kimi xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunda ciddi qabaqlayıcı tədbirlər həyata keçirilir”.

Sozcu.az xəbər verir ki, Bunu “Yeni Sabah”ın sorğusuna cavab olaraq, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev bildirib. N.Əliyev bildirib ki, xəstəliklərin profilaktikası məqsədilə Müdafiə nazirinin əmri ilə hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması, yoluxucu xəstəliklərə qarşı profilaktik və əks-epidemik tədbirlər görülür:

“Hazırda bütün hərbi hissələrdə mövsümi xəstəliklərdən qorunma yolları barədə tibbi maarifləndirmə işi və hərbi qulluqçuların gündəlik termometriyası aparılır. Azərbaycan Ordusunda görülən qabaqlayıcı tədbirlər nəticəsində şəxsi heyətin sağlamlığı ilə bağlı bu günədək heç bir narahatlıq qeydə alınmayıb, epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır”.

Facebook Comments