Suriya ordusu dinc sakinləri bombalayır: 15 ölü

Suriya rejimi Rusiyanın dəstəyi ilə mülki əhaliyə qarşı hücumları davam etdirir. Son 2 gün ərzində hücumlar zamanı İdlib və ətraf qəsəbələrdə 15 dinc sakin ölüb, 28 nəfər isə yaralanıb.

Sozcu.az xəbər verir ki, bu barədə Suriyada sülhməramlı fəaliyyət məqsədilə könüllü üzvlərdən formalaşan “Ağ dəbilqəlilər” təşkilatı məlumat yayıb.

“Dağıntılar altında qalan insanları xilas etmək üçün aparılan işlər davam etdirilir. Ölənlər arasında 5 azyaşlı və “Ağ dəbilqəlilər”in 2 üzvü var”, – məlumatda bildirilib.

Facebook Comments