Sultanlıqdan İranla bağlı qərar: Uçuşlar dayandırıldı

Oman koronavirus təhlükəsindən dolayı İranla aviaəlaqələri dayandırıb.

Sozcu.az xəbər verir ki, bu barədə sultanlığın mülki aviasiya idarəsinin məlumatında deyilib.

“24 fevral 2020-ci il tarixindən etibarən İranla Oman Sultanlığı arasında olan bütün aviareyslər növbəti xəbərdarlığa qədər dayandırılır”.

Qeyd edək ki, bundan öncə İrandan qayıdan iki Oman vətəndaşında koronavirus aşkarlanmışdı.

Facebook Comments