“Elə bil, qapı pusursan…” – Kəramət Böyükçöldən Erkin Qədirliyə

ReAl Partiyanın funksioneri, 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə deputatlığa lider namizəd Erkin Qədirlinin koronavirusla bağlı sosial şəbəkədə yazdığı status müzakirələrə səbəb olub.

Sozcu.az-ın xəbərinə görə, E.Qədirlinin “Milli təhlükəsizlik baxımından nəzərə alınmayacaq dərəcədə önəmsiz bir nəsə ola bilməz, hər şeyin təsiri ola bilir. Bölgəmizə Çindən gəlmiş bir virusla bağlı yayılan xəbərlər buna örnəkdir” yazısına yazar Kəramət Böyükçöl belə cavab verib: “Status deyil e, elə bil, Novruz bayramında qapı pusursan, evdə hamı danışır, bilmirsən, söhbət nədən gedir”.

E.Qədirli K.Böyükçölün mövqeyinə münasibət bildirib: “Gün ərzinfə sərhədlərdə olan durumla, Naxçıvanın blokadada qala bilməsilə bağlı xəbərləri oxumamısınız? Teksti kontekstdən ayırmadan oxumaq gərəkdir”.

Facebook Comments