İlqar Məmmədov Şamaxıya, Mehman Hüseynov isə Kürdəmirə aparılıb – FOTOLAR

Bir qrup deputatlığa namizədin Mərkəzi Seçki Komissisiyasının (MSK) inzibati binasının qarşısında keçirdiyi etiraz aksiyasından öncə saxlanılan ReAl Partiyasının sədri İlqar Məmmədov Şamaxıya aparılıb.

Sozcu.az-ın xəbərinə görə, İ.Məmmədov orada sərbəst buraxılıb.

Qeyd: Aksiyada saxlanılan deputatlığa namizədlərdən D 18 Hərəkatının sədri Ruslan İzzətlini Yevlaxda, bloqer Mehman Hüseynovu və siyasi fəal Ülvi Həsənlini Kürdəmirdə, siyasi fəal Rəbiyyə Məmmədovanı Qobustanda, siyasi fəal Yadigar Sadıqlını Ələtdə sərbəst buraxıblar.

Facebook Comments