“Mançester Siti”yə şok cəza – avrokuboklardan uzaqlaşdırıldı

UEFA “Mançester Siti”yə ağır cəza tətbiq edib.

Sozcu.az qurumun saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi iki mövsümlük avrokuboklarından kənarlaşdırılıb. Buna klubun maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Cəzanın 2020/2021 və 2021/2022 mövsümlərini əhatə etdiyi bildirilib. Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.

“Mançester Siti”nin İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə biləcəyi vurğulanıb.(Qol.az)

Facebook Comments