Ərbakanın şokedici çıxışı: Aralıqdan Bakıya qədər… – Video

Türkiyənin keçmiş baş naziri, “siyasi islam” ideologiyasının banisi Nəcməddin Ərbəkanın 28 il öncə – 1992-ci ildəki Yaxın Şərqin gələcəyi ilə bağlı çıxışı sosial medianın gündəmini zəbt edib.

Sozcu.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasi görüşlərində xüsusi iz buraxmış Ərbakan parlamentdə çıxışında sionizmin planlarından söz açır. Mərhum siyasətçi iddia edir ki, İsrail ABŞ-ın dəstəyi ilə Aralıq dənizinin şərq sahillərindən Bakıya qədər geniş dəhliz yaradacaq və bununla regiona nəzarəti ələ keçirəcək.

Ərbakan bu planda Türkiyənin cənub-şərq ərazilərinin Ermənistana verilməsinin nəzərdə tutulduğunu da əlavə edib. Həmin çıxışın videosunu təqdim edirik:(Axar.az)

Facebook Comments