İran təcridxanalarında saxlanılan 6 güney azərbaycanlı siyasi məhbusun infoqrafiyası – GÖRÜNTÜ

İran təcridxanalarında qeyri-müəyyən vəziyyətdə saxlanılan 6 güney azərbaycanlı milli-mədəni fəalın infoqrafiyası yayılıb.

Azərbaycanlı fəalların tərəfindən hazırladan infoqrafiyada siyasi fəalların həyatı və fəaliyyəti barədə müəyyən məlumatlar qeyd olunub.

Məhəmməd Mahmudi, Əkbər Mühaciri, Davud Şiri, Babək Hüseyni Müqəddəm, Şahin Bərzgər və Əyyub Şiri 2019-cu ilin noyabr ayında İranda bahalığa qarşı keçirilən etirazlar zamanı şəxsi ev və ya iş yerlərində təhlükəsizlik qüvvələri tərəfindın saxlanılıb.

Fəallar təxminən 3 ay Ettelaat İdarəsi və ya “Sepah”ın təknəfərlik kameralarında saxlandıqdan sonra ötən günlərdə Təbrizin Mərkəzi Zindanına köçürülüb.

Adı çəkilən fəallara bu günədək ailə üzvləri ilə görüşmək icazəs verilməyib, onlar sadəcə yaxınları ilə qısa telefon əlaqəsi saxlaya bilib.

Fəallarin infoqrafiyası fars dilində təqdim olunub.

Facebook Comments