Neftçalada yaşayış binası yanır – Foto/Video

Neftçala rayonunun Heydər Əliyev prospektində dördmərtəbəli yaşayış binasında yanğın baş verib.

Sozcu.az xəbər verir ki, yanğın binanın sonuncu mərtəbəsində başlayıb. Hadisə yerinə Neftçala rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub, sakinlər binadan təxliyə edilib.

Güclü külək yanğının söndürülməsini çətinləşdirir.

Facebook Comments