Antarktidada Bakı havası – Rekord temperatur

Argentina meteoroloqları Antarktidada rekord temperatur qeydə alıblar.

Sozcu.az xəbər verir ki, bu barədə Argentina Milli Meteorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, qitənin şimal hissəsində yerləşən “Esperansa” elmi araşdırma mərkəzi 18.3 dərəcə temperatur qeydə alınıb.

Qeyd edək ki, sonuncu dəfə Antarktidada 2015-ci ilin martın 24-də 17.5 dərəcə temperatur qeydə alınmışdı.

Facebook Comments