Ərdoğan və Putin hələ razılaşmayıb… – Peskov

Türkiyə və Rusiya prezidentləri İdlib mövzusunda hələ ki, görüşmək barədə razılaşmayıblar.

Sozcu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Buna baxmayaraq, hər iki lider arasında görüş baş tuta bilər. Bildiyiniz kimi, həm Ərdoğan, həm də Putin vacib hesab etdikləri məsələlərlə bağlı çox tez qərar verirlər. Rusiya və Türkiyə prezidentləri arasındakı son təmas hər iki tərəfin İdlibdəki vəziyyətlə əlaqədar xüsusi narahatlıqlarının olduğunu ortaya qoydu. Moskvanın ən böyük narahatlığı İdlibdə terror qruplaşmalarının davamlı olaraq toplanması ilə bağlıdır. Türkiyənin nəzarət etdiyi bölgədə həmin terror təşkilatlarının taxribatları davam edir. Bu təxribatlar Suriya ordusuna və regiondakı Rusiya hərbi mövqelərinə qarşı da həyata keçirilir”, – Peskov qeyd edib.

Facebook Comments